Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Eurasia Diary-nin məlumatına görə, sərəncama əsasən ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə, Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.