Səfəvilərin görkəmli dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, sufi şair Miskin Abdalın həyatı haqqında, eləcə də şeir və dastanları toplanmış “Miskin Abdal –Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” kitabı “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.
Eurasia Diary xəbər verir ki, kitabxana izləyiciləri achiqkitab.az saytının “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat rəfinə daxil ola və kitabdan yararlana bilərlər.
Diqqət:
“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin mətn, redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.