Məşhur türk müğənni İşın Karaca 27 il əvvəl Xocalı şəhərində ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırım haqda təəssüratını bölüşüb.
Eurasia Diary xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.
Azərbaycan bayrağı əks olunmuş foto paylaşan İşın Karaca qeyd edib:
“27 il əvvəl alçaqcasına həyata keçirilən Xocalı qətliamında itirdiyimiz soydaşlarımızı rəhmət və hörmətlə anırıq. Unutmayacağıq”.