Oman Sultanlığında Azərbaycan musiqisini təmsil edən gənc alim

Mədəniyyət 07:13 08.03.2019

Onun yaşayıb çalışdığı Oman Sultanlığında Azərbaycandan adam çox azdır, necə deyərlər, həmin ölkədə vətənimizi təmsil edən üç-beş soydaşımızdan biridir...

Haqqında söhbət açdığım Vüsalə xanım Yusif Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə 23 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Texnikumuna qəbul olunub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Sonra Bakı Musiqi Akademiyasının fortopiano və solo ifaçılığı fakultəsinə daxil olub. 2001-ci illdə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. 
Bundan əlavə London Musiqi Akademiyasının LRSM diplomuna layiq görülüb…

14 yaşında ilk solo konserti baş tutan Vüsalə xanım 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 2003-2011-ci illərdə Azərbaycan Milli Koservatoriyasında konsertmeister kimi çalışıb. Eyni zamanda Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib. 
2011-ci ildə Oman Sultanlığından Sultan Qabus Universitetinə dəvət alıb. O vaxtdan indiyədək həmin universitetdə fortopiano müəllimi işləyir…

2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasının doktoranturasında online oxuyaraq, 2016-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD)…

…Atası Yusif Qarakişiyev əslən Zəngilan rayonundandır. Uzun illər Sumqayıt boruyayma zavodunda sex rəisi vəzifəsində çalışıb. Anası Validə xanım İsmayılova isə Sumqayıt Musiqi Kollecinin baş müəllimidir…

Vüsalə xanım bir gənc alim kimi dünyanın müxtəlif ölkələrində beynəlxalq musiqi konfranslarına dəvət alır. Kembric Universitetində ölməz Qara Qarayevin yaradıcılığından söylədiyi mühazirə ən yadda qalanlarındandır. Bundan əlavə o, Sinqapur, Bankonq, İstanbul konfranslarında da Azərbaycan bəstəkarlarının yaradıcılığından ingilis dilində çıxışlar edib.
İndiyədək 20-dən çox solo konserti baş tutub. Oman Dövlət Televiziyasında lentə köçürülən piano ilə solo nömrələri bu günə kimi nümayiş etdirilir…

…Ömür-gün yoldaşı Sənan Əmirbəyov Sumqayıt şəhərində dünyaya gəlib, əslən Quba rayonundandır. İxtisasca elektrik mühəndisidir. İki oğlu var, böyük oğlu Mətin 13, ikinci oğlu Emin 9 yaşındadılar. Hər ikisi də istedadlı uşaqlardır. Ana dili ilə yanaşı ingilis, faransız dillərində mükəmməl danışa bilirlər…

Mütaliə etməyi xoşlayır. Azərbaycanın istedadlı yazıçısı, mənim uşaqlıq dostum Varis Yolçuyevin əsərlərini sevə-sevə oxuyur. Yeri gəlmişkən, bir haşiyəyə çıxım. Varis həqiqətən də son illər ən çox oxunan yazıçılardan biridir. Sevinirəm ki, onun ingilis dilinə tərcümə olunan əsərlərini kitabsevərlər Amerikada da oxuyurlar...

Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında növbəti beynəlxalq konfranslarda çıxış etməyə hazırlaşır. Bu ilin may ayında İstanbulda keçiriləcək pianoçuların festivalında bir ifaçı kimi iştirak edəcək…

Əbədiyaşar bəstəkarlarımızı, Azərbaycan musiqisini Oman Sultanlığında ləyaqətlə təmsil edən bu xanımın xidmətləri danılmazdır. 

Qoy bu balaca yazı 8 mart Beynəlxalq Qadınlar Günündə ona ünvanlanan həm təbrik və həm də əməyinə verilən ilk dəyər olsun…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı