Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib

Mədəniyyət 22:06 14.03.2019

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Eurasia Diary xəbər verir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğuladı.

Nazir diqqətə çatdırdı ki, Ədalət Vəliyev mədəniyyət sahəsində çalışdığı hər bir vəzifədə öz fəaliyyətində yüksək təşkilatçılıq, peşəkarlıq nümayiş etdirib, bu sahədə mühüm layihələrin gerçəkləşməsində imzası olan bir insandır.

Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu etdi.

Daha sonra orden Ədalət Vəliyevə təqdim olundu. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, 60 illik həyatının 42 illik əmək fəaliyyətinin 39 ili mədəniyyət sahəsində ölkəmizə xidmət etməklə keçib, ömrünün böyük hissəsini Azərbaycan teatrına, mədəniyyətinə həsr edib: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm, 1993-cü ildən mədəniyyət nazirinin müavini kimi fəaliyyətimi davam etdirmişəm”. Bu illər ərzində ölkəmizdə mədəniyyət sahəsinin idarə olunmasında, bu sahənin inkişafı naminə fəaliyyət göstərdiyini qeyd edən Ədalət Vəliyev bundan sonra da Azərbaycan mədəniyyətinə xidmət edəcəyini vurğuladı.

Ədalət Vəliyev sonda, başda ölkə rəhbəri olmaqla, onun fəaliyyətini, əməyini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ədalət Məqsəd oğlu Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümumtəhsil məktəbində, 1968-1973-cü illər ərzində həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, universiteti filoloq ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə çalışıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olan Ədalət Vəliyev “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri”, “Əqidə, ruh və teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyaların, “Teatr sənətimiz : dünən, bu gün, sabah...” , “Yeni təməl” kitablarının müəllifidir. Teatrşünaslıqla bağlı kitabları ingilis dilində (“The Structure of a Modern Theatre”, Belief, Spirit and Theatre” Türkiyədə, İngiltərədə nəşr olunub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ədalət Vəliyevə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
Hamısı