Azərbaycan kiçik ölkə olsa da turizmin bir çox sahələrini əhatə edir - Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Azərbaycan kiçik ölkə olsa da turizmin bir çox sahələrini əhatə edir - Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid

Mədəniyyət A- A A+

Azərbaycan turizmin bir çox sahələrini əhatə edən çox kiçik bir ölkədir - Azərbaycan Turizm İdarəsinin icraçı direktoru

4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisi keçirildi. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid turizm sərgisi ilə bağlı fikirlərini "Eurasia Diary"-ə  bildirib.

Turizm ümumiyyətlə çox vacib sahədir. Sağlamlıq, biznes, mədəniyyət, idman və s. kimi bir çox növləri var. Sərgi çox önəmlidir. Beynəlxalq ölkələrin bir çoxu buraya gəlir və sərgilədikləri yerləri tanıtdırırlar. Buna paralel olaraq, bizim turistlərin cəlb edilməsi və beynəlxalq alıcılara ölkəmizin gözəlliyini təqdim etmək kimi vəzifəmiz var ", Senqstşmid sərginin əhəmiyyətini qeyd etdi.

O, Azərbaycanın turizm strategiyası anlayışını izah edərək, turizm inkişafı planına toxundu. "Bizdə 9 fərqli sütun var: xüsusi tərəfdaşlıq, təhsil, marketinq, bölgənin inkişafı və s. Turizm Agentliyi məqsədə çatmaq üçün bir çox dərnəklərlə işləyir. Hazırda bir çox işlər görülüb, ancaq bildiyiniz kimi, qısa müddətdə nailiyyət qazanmaq çox çətindir "

"Beynəlxalq əməkdaşlıq çox vacibdir, turizm həmişə ikitərəfli bir oyundur. Biz burada bir çox ölkələri qarşılayırıq, bu həmçinin siyasi səviyyədə əlaqələrimizi genişləndirir”.

Tarixən Azərbaycana Rusiya, İran və Gürcüstandan turistlər gəlib. Biz Çin, Hindistan, Böyük Britaniya, Almaniya, Avropa və s. kimi yeni bazarları inkişaf etdirməliyik. Ərəb dövlətləri ilə əlaqələr daha sıxdır və bir tərəfdən asılı olmamaq üçün müxtəlif ölkələr tapmaq məcburiyyətindəyik ", deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru fikrini izah edib.

Florian Senqstşmid Azərbaycanın turistlər üçün orijinal bir məkan olduğunu deyib. "Bu sərgidə Azərbaycanın gözəl bağını görə bilərsiniz.  Bənzərsiz  mədəniyyətə, tarixə, incəsənətə, adət-ənənəyə sahibdir, siz bunların hamısını burada görə bilərsiniz, səhradan tutmuş dağa qədər inanılmaz təbiət müxtəlifliyi var. Belə bir kiçik ölkədə bir çox turistik fəaliyyətlər göstərilə bilər”.

 

Müəllif: Ülvi Əhmədli

Tərcümə elədi: Aytən Rəsulzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...