Tütəyi erməni aləti kimi təqdim edən bəstəkara Elnur Kələntərovdan məktub

Mədəniyyət 14:16 17.04.2019

Tanınmış yunan bəstəkarı Yanninin dünya turunda çıxış etdiyi musiqi nömrələrindən birində Azərbaycanın milli musiqi alətinin mənsubiyyətini təhrif edərək 3 min il tarixi olan qədim erməni nəfəs aləti- Duduk kimi təqdim etməsinə etiraz olaraq tanınmış jurnalist, Elnur Kələntərov bəstəkara facebook üzərindən iradını bildirib.

Eurasia Diary xəbər verir ki, Elnur Kələntərov bəstəkara düzgün məlumat verilmədiyini bildirərək milli musiqimiz, mətbəximiz, qədim tariximiz və adət ənənlərimizlə yaxından tanış olması, gələcəkdə bu cür halların baş verməməsi üçün Yannini Azərbaycana dəvət edib, milli musiqi alətlərimiz haqqında vikipediyanın linkini yunan bəstəkara göndərib. İradlara münasibət bildirən Maestro, Elnur Kələntərova Dostum deyə müraciət edərək, Azərbaycana gəlmək, milli musiqimizin inciləri ilə daha yaxından tanış olmaq arzusunu etiraf edib. Xatırladaq ki, Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin mətbuat katibidir.

Elnur Kələntərovun müraciətini və Yanninin cavabının tərcüməsi:

Yanniyə məktubun mətni

Cənab Yanni, sənətinizə, peşəkar fəaliyyətinizə dərin ehtiramımı bildirərək nəzərinizə bir faktı çatdırmaq istəyirəm. Konsertlərinizdə nəfəsli musiqi alətini 3 min il tarixə malik qədim erməni musiqi aləti DUDUK adı ilə bəyan etməyiniz Azərbaycanın milli musiqi alətləri haqqında Sizdə düzgün informasiya olmamasından və ya Sizə düzgün məlumat verilməməsindən irəli gəlir. DUDUK adlandırdığınız o nəfəs aləti daha qədim zamanlardan Azərbaycanın milli musiqi aləti və Qafqaz regionunda geniş yayılmış olan Tütəkdir. Burada ətraflı məlumat yazıb dəyərli vaxtınızı almaq istəməzdim. Sadəcə bildirmək istəyirəm ki, 50 milyonluq Azərbaycan xalqının tarixi musiqi alətini dünyaya erməni musiqi aləti kimi tanıtmağınıza təəssüf edirəm. Aşağıdakı linkdə bizim alətlər haqqında təsdiq olunmuş geniş məlumat var. Fürsətdən istifadə edərək Sizi Azərbaycana qonaq dəvət edirəm. Səfəriniz çərçivəsində həm bizim milli musiqimiz, milli mətbəximizlə yaxından tanış ola biləcək, həm istirahət edəcək həm də Azərbaycanı daha yaxından tanıya biləcəksizniz. Ən əsası da odur ki, Azərbaycan səfərindən sonra Sizi heç kim yalnış informasiyalarla aldada bilməyəcək. Diqqətiniz üşün təşəkkür edirəm. https://en.wikipedia.org/wiki/Azerbaijani_musical_instruments

Yanninin cavab məktubu

Əziz Elnur bəy, mən bu məsələ ilə yaxin keçmişdə bir neçə dəfə maraqlanmışam. Mən bu mübahisəni tam anlayıram. Mən yaxın zamanlarda sevərək Azərbaycana gəlmək istərdim, səfər zamanı isə sizin qonaqpərvərliyinizlə , sizin mətbəx ilə və tütək də daxil olmaqla, bütün milli musiqi alətlərinizlə tanış olmaq istərdim. Bu alətlə keçirdiyim bütün konsertlər xeyli əvvəllər olmuşdur. Mən düşünürəm ki, Yunanıstan Parfenonu və ya Misir piramidaları kimi milli musiqi alətləri də dünyamızın irsidir. Onlar gözəlliyin təzahürüdür, insan yaradıcılığının, dahiliyinin təxayüllünün və insanlığın ulduzlarla yönəlmiş gücüdür. Xoş niyyətli məktubunuza görə sizə minnətdaram. Mən bu məsələni yaxından izləyirəm və Azərbaycana səfərim zamanı sizinlə görüşməyi gözləyirəm. Ona qədər isə sizə dərin hörmətimi bildirirəm əziz dostum Elnur.

Hörmətlə, Yanni


Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı