18 Aprel Dünya Radio sevərlər günüdür. Elə İctimai Televiziyanın efirində yayımlanan "Sabahın Xeyir, Azərbaycan!" verilişinin bu günki buraxılışında da bu barədə söhbət açıldı.
Aparıcılar İlahə Şıxlinskaya və Ağa Nadirovun təqdimatında radionun qısa tarixinə toxunuldu. Efirin bu dəfəki qonaqları Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin təsisçisi, Bakı Avrasiya Universitetinin ərəb dili müəllimi və Radio Sharg-ın həmtəsisçisi Aynur Zərrintac və radio həvəskarı Ruslan Muradov idi. Aynur Zərrintac Radio Sharg-in yaranma ideyasından, onun dil tədrisində və mədəniyyətin təbliğində əhəmiyyətindən danışdı. Efirin digər qonağı Ruslan Muradov isə radio ilə bağlı efir tezliklərindən, işləmə mexanizmindən, radio sevərlərin şəbəkəsindən və "4K6AZİ " Həvəskar Radiostansiyasından söz açdı.
Ruslanın bildirdiyinə görə, uşaqlıqdan radio elektronikaya olan həvəsi onda elektron qurğulara maraq yaradıb. Daha sora isə morze əlifbasını öyrənib radio həvəskarlara qoşulur.