Təzəpir məscidi ətrafında ortaya çıxan tapıntı gerçək tarixdir yoxsa adi qalıqlar? FOTO

Mədəniyyət 11:55 19.04.2019

Dünən Təzəpir məscidi ətrafında aparılan qazıntı işləri nəticəsində hamam qalıqları aşkar olunub. 

Orada aparılan tikintinin əsas icraçıları hesab olunan Qafqaz Müsəlmanları İdarəsi və “Archico” MMC adlı şirkət sualları cavablandırmaqdan imtina etsə də “Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov deyib ki, həmin hamam tarixi abidə filan deyil. Nisbətən təzə hamamdır, sovet dövründə tikilib. Amma nədən sovet dövründə tikilmiş hamamın hazırda yerin altından çıxdığı barədə suala cavab verə bilməyib. Həmçinin abidənin tapılması barədə müvafiq orqanların heç birinə məlumat verilməyərək tikinti işləri davam etdirilib.

İqtisadçı Toğrul Maşallı isə məsələyə belə münasibət bildirib: "Arxeoloji qazıntılar üçün 2-3 ay lazım olacaq. Hətta bunun nəticəsində arxeoloji qazıntı ərazisi 5-6 dəfə arta bilər. Ola bilər hətta yeni kənd, yeni tikililər də tapa bilərik"
Müəyyən müddətə ərazi ətrafında qazıntı işləri dayandırılıb. 

Tarixçilər də iqtisadçının bu fikrini dəstəkləyiblər və həmin ərazidə arxeoloji qazıntılar aparılmasının mühüm olduğunu qeyd ediblər. 

Sosial şəbəkə istifadəçiləri də bu hadisəyə laqeyd yanaşmayıblar. Bir çox sakin həmin ərazinin qədim olduğunu və tarixi abidələrə lazimincə qayğı göstərilmədiyini deyirlər.

Həmin istifadəçilərdən biri bloger Cavid Ağa hadisəni belə şərh edir: "Dünən Təzəpir Məscidi yaxınlığındakı qazıntıda yerin altından hamam çıxdı. Məscid işçiləri dedilər ki, Sovet dövrünə aid şeydir, boş verin. Amma sovet dövrü tikilən bina niyə torpağın bu qədər altında olsun ki? Kim bilir tariximizin hansı dövrünə aid bir abidəni də belə məhv etdik. Şirvanşahlar, Səfəvilər, bəlkə də daha qədimi idi. Qafqaz Müsəlmanlar İdarəsi sağ olsun, heç vaxt bilə bilməyəcəyik. Görəsən, Notr-Damın yanmasından zövq alanlar bu hamamın söküntüsündən də zövq alacaqmı? Məntiqi ardıcıllıq "əcəb olsun"u bu hamam haqda da tələb edir. Və yaxud, bundan sonra bizim başqa xalqları günahlandırmağımız üçün nə qədər əsasımız olacaq?"

ANS TV-nin keçmiş əməkdaşlarından olan Elşən Quliyev isə mövcud məsələni biraz da genişləndirərək deyib: "Sovet vaxtı tikilən hamam üstdə idi və rəsmən fəaliyyət göstərən 9 nömrəli hamam idi. Onu da neçə illər əvvəl söküblər. Yerin altında tapılan bu hamam həqiqətən də, daha qədim hamamdır. Ümumiyyətlə, Bakıda hamam və məscidin bir-birinə yaxın tikilməsi ənənəsi var. Hardasa hamam varsa, demək onun yaxınlığında məscid olmalıdır, yaxud da əksinə. Bu məntiqlə, Təzə Pir məscidi ətrafında onun qədər də qədim olan hamam olması mütləq idi."

Dünən verilən müsahibədə Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov demişdi ki, bu sadəcə 12 il əvvəl sökülən lakin indi külxanası qalan hamamın qalıqlarıdır. Bu tapıntının isə tarixi abidə siyahısında olmadığını deyib. 

Yasamal Rayon İcra Hakimiyyəti isə bildirib ki, bu cür hallarla Mədəniyyət Nazirliyi məşğul olur. 

Həmin hamamın qalıqlarının aqibətinin isə necə olacağı bilinmir.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı