Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Mədəniyyət 08:52 20.04.2019
18 aprel 2019-cu ildə Bakı şəhəri Xətai rayonunun 249 nömrəli tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Mili Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki profrans keçirilmişdir.
 
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. İlk növbədə məktəbin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Bayramov çıxış edərək hər kəsi salamladı və tədbirin əhəmiyyətindən danışdı.
 
Sonra AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri üzrə elmlər doktoru, professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” adlı məruzə ilə çıxış etdi. Professor öz məruzəsində qeyd etmişdir ki, Böyük Azərbaycan şairi İ.Nəsiminin yaradıcılığında xalqımızın milli-mənəvi dəyərləri, cəmiyyətdə kamil insan fəlsəfəsi geniş işıqlandırılmışdır. Şair cəmiyyətdəki insanları iki hissəyə bölürdü: cahil və kamil insan. Şair kamil insanı yer üzünün əşrəfi, dünyanın ən qiymətli kövsəri adlandırmışdır. İnsan xarakteri, mənəvi tərbiyyə, həyatda xeyirxahlıq, nadan, cahil insanların cəmiyyətə vurduğu ziyan Nəsimi yaradıcılığında əsas yer tutmuşdur. Professor qeyd etmişdir ki, insanların başqa dinlərə və məzhəblərə tolerantlıq münasibəti, bütün millətlərdən olan insanlara, bütün bəşər övladına məhəbbət Nəsimi şeirlərinin əsas qayəsi olmuşdur.
 
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski isə “Milli-mənəvi dəyərlərimizin gənclərə aşılanmasının əhəmiyyəti” adlı məruzə ilə məktəblilər qarşısında çıxış etdi. E.Talışınski əvvəlcə tədbir iştirakçılarına milli-mənəvi dəyərlər anlayışını geniş şəkildə şərh etdi. Daha sonra milli-mənəvi dəyərlərin yeniyetmə və gənclərə aşılanması istiqamətində dövlət siyasətinin əhəmiyyətindən danışdı. O həmçinin bu dəyərlərin hər bir vətəndaşda formalaşması üçün ailə amilini də önə çəkərək gənclərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətini qeyd etdi.
 
Folklor üzrə tədqiqatçı İlkin Elsever “İmadəddin Nəsiminin yaradıcılığında “söz” və “insan” mikrostrukturu” adlı məruzəsində insanın və sözün Nəsimi yaradıcılığındakı mahiyyətindən bəhs edib. İlkin Elsever şairin qəzəllərində insan azadlığı, insanın kamillik mərtəbəsinə yüksəlməsi və s. bu kimi məsələlərə toxunmuşdur. İlkin Elsever məruzəsində “söz”ün mistik gücü ilə yanaşı, həmçinin mifopoetik məqamlarına da münasibət bildirmişdir. O, yazısında həm klassik, həm də şifahi xalq ədəbiyyatında sözün bədii, fəlsəfi və mifopoetik çalarlarına aid geniş bir şəkildə yer ayırmışdır.
 
Sonra Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin üzvü Zəkiyyə Heybətova “Cahana sığmayan şairimizin həyatı haqqında düşüncələr” adlı məruzəsi ilə çıxış etdi. O öz çıxışında böyük Azərbaycan şairi İ.Nəsiminin həyat və yaradıcılığı haqqında maraqlı düşüncələri məktəblilərlə bölüşdü.
 
Sonda 249 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən İ.Nəsimi yaradıçılığından şeir və qəzəllər səsləndirildi.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı