Bakıda küçələrdən birinə Süleyman Ələsgərovun adı verilib | Eurasia Diary - ednews.net

8 Dekabr,


Bakıda küçələrdən birinə Süleyman Ələsgərovun adı verilib

Mədəniyyət A- A A+

Bakıda bəstəkar, xalq artisti  Süleyman Ələsgərovun adına küçə verilib.

Eurasia Diary xəbər verir ki, bu barədə ONA-ya bəstəkarın nəvəsi, əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, Süleyman Ələsgərovun adına küçənin təsdiqlənməsi göstərişi bu gün Prezident İlham Əliyev tərəfindən verilib: “Süleyman Ələsgərovun adı Bakı Musiqi Akademiyasının ətrafında olan küçələrdən birinə verilib. Bizim  üçün bu, çox əhəmiyyətlidir. Çünki bizim  ailəmiz də istəyirdi ki, babamızın adı bizim ürəyimizcə olan bir küçəyə verilsin. Süleyman Ələsgərov Şuşadan Bakıya gələndən sonra birbaşa Konservatoriyaya gedib və Üzeyir Hacıbəyov onu qəbul edib. Qalmaq üçün yeri olmadığını öyrənəndə ona Konservatoriyada yaşamağa imkan yaradıb. Buna görə də Bakı Musiqi Akademiyasının ətrafında onun adına küçə verilməsi bizim üçün çox sevindiricidir. Bir daha ölkə başçısına təşəkkürümü bildirirəm”. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...