Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib

Mədəniyyət A- A A+

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.

Eurasia Diary xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...