Qarşısındakı yaşlı qadını tanımadı, anası olduğunu öyrənəndə... Səfəvi hökmdarı Şah II Təhmasibin acı taleyi

Mədəniyyət 12:30 04.05.2019

Şah II Təhmasib 1704-cü ilin dekabr ayının 3-də o dövrlər Səfəvi imperiyasının paytaxtı olan İsfahan şəhərində dünyaya gəlib. Təhmasib Sultan Hüseynin 3-cü övladı və sayca 10-cu səfəvi şahı idi. Təhmasibin həyatı demək olar ki, ağrı, acılarla keçib. Ailəsindən uzaqda, sürgündə, düşmənlərindən canını xilas etmək üçün uzun müddət imperiya ərazisində qaçqın həyatı yaşayıb. Təhmasib öz şəxsi keyfiyyətlərinə görə də sayılıb-seçilən bir hökmdar olmayıb. Bu məqalədə sadəcə onun həyatının ən uğurlu və eyni zamanda ən kədərli günü haqqında qısaca söhbət açacağıq.

 

1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Təhmasibin hakimiyyətə gəlişi belə bir bədbaxt hadisə nəticəsində baş tutur. Ancaq o 7 il əfqanlarla mübarizə apardıqdan sonra real hakimiyyətə sahib ola bilir.

 

Bu hadisədən 7 il sonra, illərcə əfqanların əlindən qaçaraq ordu toplayan və Nadirqulu xan Əfşar (Nadir Şah Əfşar) Fətəli xan Qacar kimi görkəmli sərkərdələri ətrafına toplayan Təhmasib 1729-cu ilin dekabr ayının 8-də əfqanları məğlub edərək doğulub-böyüdüyü və əfqanlar tərəfindən işğal edilmiş paytaxtına, sarayına, İsfahana qayıtdı. Təbii ki, Təhmasibin bu qələbəsində əsas pay Nadir xanın idi. Nadir əfqanları məğlub edərək şahla birgə İsfahana daxil oldu.

Ä°lgili resim

 

Paytaxtı işğal altında olan bir şahın nüfuz və iqtidar sahibi olması Səfəvi ənənələrinə görə mümkün deyildi. Ona görə də paytaxtı əfqanlardan geri almaq Təhmasibin əsas hədəfi idi. Nadirin köməkliyi ilə buna nail olduğu zaman Təhmasib artıq taxtına oturub özünü cümlə Səfəvi mülkünün sultanı elan edə bilərdi. Dövrün tarixçiləri yazır ki, Şəhzadə Təhmasib paytaxta doğru hər addımını  fərəh və sevinclə  atır, doğulub, boya-başa çatdığı şəhərə çatmaq üçün səbirsizlənirdi.

 

Ancaq məşhur tarixçi Hanvey Şah II Təhmasibin Saraya daxil olarkən “sevincinin qəhər və qüssəylə əvəz olunduğunu” qeyd edir. Buna səbəb əvvəlcə gördüyü mənzərə olur. Təhmasib atasının sarayından əsər-əlamət qalmadığını görüb, məyus olur. Əfqanlar qaçarkən saraydan bircə boş divarları özləri ilə aparmamışdılar. Təhmasibi üzən digər bir hadisə isə atasının hərəminin, ailə üzvlərinin, bacısının əfqanlar tərəfindən qaçırılması olur. Təhmasib anası və bacısını görmək ümidi ilə hərəmxanaya daxil olur, ancaq bacısının əfqanlar tərəfindən əsr götürüldüyünü öyrənir. Bu anda üzərində köhnə kəniz paltarı olan bir qoca qarı sevincdən özünü itirib Təhmasibə tərəf qaçır və onu bərkdən qucaqlayır. Təhmasib çaşqın vəziyyətdə bu yaşlı qadənın kim olduğunu soruşur. Aldığı cavab onun gözlərini yaşardır, belini bükür. Onu qucaqlayan kəniz paltarındakı qarı, atası Sultan Hüseyinin zövcəsi, anası, onu dünyaya gətirən qadın, Şahbanu Həlimə sultan idi.

 

Təhmasib anasını bu halda görür və gözyaşları üzündən süzülüb axır. Bu zaman Şahbanu sultana “nə üçün kəniz paltarındasan” deyə soruşur. Şahbanu sultan əfqanların Şahın ailəsini əsir götürüb qaçdıqlarını gördüyü zaman, onu da qaçırmasınlar deyə kəniz paltarı geyinib və beləcə əfqanların əlindən xilas olub.

 

Beləliklə, Təhmasib eyni gün ərzində həm möhtəşəm sevinci, həm də müdhiş kədəri yaşadı.

 

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı