Avroviziya-2019 - Azərbaycan finalda! - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


Avroviziya-2019 - Azərbaycan finalda! - VİDEO - FOTOLAR

Mədəniyyət A- A A+

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Eurasia Diary xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev 18-ci nömrə altında səhnəyə çıxıb.

Səhnəyə qara libasla çıxan Çingiz 18-ci nömrə altında “Truth” mahnısını səsləndirib.

Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb.

Onunla yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Mayın 14-də baş tutan birinci yarımfinalda Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.

Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatirladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...