Əvvəl ifaçı, sonra isə jüri qalmaqalı - Avroviziya-2019'un "xəyal qurmağa cəsarət edənlər"i | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Əvvəl ifaçı, sonra isə jüri qalmaqalı - Avroviziya-2019'un "xəyal qurmağa cəsarət edənlər"i

Mədəniyyət A- A A+

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Avroviziya-2019”da növbəti qalmaqal finaldakı səsvermə prosesi ilə bağlı yaşandı. 

Belə ki, beynəlxalq mahnı müsabiqəsinin yarımfinallarından sonra jüri heyəti mətbuat nümayəndələrinə açıqlama verərək, xal verdikləri ölkələrin adlarını açıqlamışdılar. Bu da öz növbəsində Avropa Yayım Birliyinin (AYB) qaydalarına ziddir. 

Final günü isə qaydaları pozan münsiflər (“Avroviziya-2019”da Belarus tərəfindən münsiflər heyətinin tərkibində Valeriy Priqun, Anqelina Mikulskaya, Olqa Rıjıkova, Artyom Mixalenko və Anastasiya Tixanoviç olub - red.) heyətində dəyişikliklər edildi. Onların verdiyi xallar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürüldü. Nəticədə Belarus heç kəsin gözləmədiyi anda 12 balı ev sahibi İsrailə göndərmiş oldu. 

Nəticələr dəyişdirilməmişdən öncə isə Belarusun Azərbaycan, Rusiya, Çexiya, İtaliya və digər ölkələrə səs verdiyi məlum olub. Lakin baş verən xoşagəlməz hadisədən sonra xallar ləğv olunub.

Məşhur musiqi prodüseri Viktor Drobış yaşanan qalmaqalla bağlı Avropa Yayım Birliyini məhkəməyə verəcəyi barədə məlumat yayıb.

Related image

Drobiş Rusiya mətbuatına verdiyi müsahibəsində bunları söyləyib:

“Avropa Yayım Birliyini məhkəməyə verməyə hazırlaşıram. Çünki onlar Rusiyanın Belarusla olan münasibətlərinə böyük zərbə vurub. Bu hadisə məni rus xalqı ilə düşmənə çevirdi.

Səsvermənin ilkin nəticələrinə əsasən, Belarus 12 xalını Rusiyaya, 10 xalını Niderlanda, 8 xalını Norveçə, 7 xalını İslandiyaya, 6 xalını Azərbaycana, 5 xalını Sloveniyaya, 4 xalını İsveçrəyə, 3 xalını İtaliyaya, 2 xalını Avstraliyaya, 1 xalını isə San-Marinoya verməli idi.

“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin qaydaları ilə bağlı digər bir pozuntu halı yarışmanın qalibi Duncan Laurence ilə yaşanmışdı.

Image result for Duncan Laurence 2017 arcade

Yarışma başlayandan bir neçə həftə öncə qalmaqal baş verdi. Səbəb kimi isə Duncanın 2017-ci ildə builki yarışma mahnısı olan “Arcade”yi ifa edərək sosial şəbəkədə yayması göstərilirdi və onun yarışmadan kənarlaşdırılması ehtimalı müzakirə olunurdu.

Qeyd edək ki, Avropa Yayım Birliyinin (EBU) müsabiqədə özəl mahnı təqdim etmə qaydasına görə, yarışmada yalnız “Avroviziya” üçün yazılan mahnılar səsləndirilməlidir.

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...