Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Birlik” sərgisi açılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Birlik” sərgisi açılıb - FOTOLAR

Mədəniyyət A- A A+
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 22 may 2019-cu il saat 12:00-da “Birlik” adlı beynəlxalq sərgi keçirilir. 
 
Eurasia Diary-nin verdiyi xəbərə görə, tədbir artıq 4 ildir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir.
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksinin dünyanın bir sıra peşəkar nüfuzlu rəssamlarının, o cümlədən, həvəskar rəssamların sərgisini birlikdə  təşkil etməkdə əsas məqsədi “Saf rənglər” VI Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməkliyə təşəkkür xarakteri daşıyır. 
 
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü ilə öz fəaliyyətinə başlayan “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqət çəkən hadisə oldu. Festivalın beynəlxalq miqyasda tanınması son beş il ərzində nəzərə çarpacaq dərəcədə artmış, coğrafi əhatə dairəsi genişlənərək – 2013-cü ildə 16 iştirakçı-ölkədən, 2015-ci ildə 30 ölkəyə çatmışdır. 2016-cı ildə vernisaj və müsabiqədə 37 ölkədən uşaq və yeniyetmələr iştirak etmiş, Azərbaycandan 23 studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 700 iştirakçı təqribən 1200 rəsm işi təqdim etmişlər. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmələr iştirak edir, Azərbaycandan 23 studiya və məktəbləri öz nailiyyətlərini nümayiş etdirmiş və 720 iştirakçı 1069 rəsm işi təqdim etmişlər.  Hər bir ölkə və studiya, ayrı-ayrı  iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini  rəhbər tutaraq sərgi üçün ən parlaq naliyyətlərini nümayiş etdirən rəsm işlərini təqdim etmişdilər. 
 
“Birlik” adlı beynəlxalq sərgidə rusiyalı rəssam Natalya Kornetova, misirli rəssam Heba Xurşud, iranlı rəssam Şirin Bağçi, iraqlı gənc rəssam Zainab Fadhal Avad Al Şuvaili və digər qonaqların, həmçinin azərbaycanlı rəssamlar  Cəlal Ağayev, Esmeralda Tağızadə və başqalarının əsərləri nümayiş olunur. 
 
Sərgidə ümumilikdə 50-dən artıq əsər nümayiş olunur.
 
Sərginin açılış mərasimi 22 may saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
 
“Birlik” adlı beynəlxalq sərgi bir həftə davam edəcəkdir.
1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...