"Eurovision-2019"da səslər yenidən sayılıb, Azərbaycan 8-ci yerə düşüb | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


"Eurovision-2019"da səslər yenidən sayılıb, Azərbaycan 8-ci yerə düşüb

Mədəniyyət A- A A+

İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar.

Eurasia Diary "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBC) bəyanat yayıb.

Bildirilir ki, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...