Çingiz Mustafayev səslərin nəticəsinin dəyişməsi ilə bağlı - "Bu qeyri-peşəkarlıqdır..." | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Çingiz Mustafayev səslərin nəticəsinin dəyişməsi ilə bağlı - "Bu qeyri-peşəkarlıqdır..."

Mədəniyyət A- A A+

"Eurovision 2019”da Belarusiyanın milli münsiflər heyətinin verdiyi səslərin ləğv olunması müsabiqədə ilk dördlükdən başqa, Azərbaycan da daxil digər ölkələrin təmsilçilərinin sıralamasına təsir edib. News24.az xəbər verir ki, Avropa Yayım Birliyinin (EBU) verdiyi və geniş müzakirələrə səbəb olan addıma Azərbaycanın milli münsiflərinin verdiyi balı açıqlayan, xalq artisti Faiq Ağayev də münasibət bildirib: “Əslində onlar bu addımı tamaşaçılara, göndərdiklərə səslərə hörmət olaraq atıblar. Ona görə də inanmıram ki, bu hadisə “Eurovision” mahnı müsabiqəsinin nüfuzuna təsir etsin. Sadəcə İsraildə keçirilən müsabiqədə çox sayda anlaşılmaz xətalar oldu. Amma yenə də, biz onluqda qaldıq”.

“Eurovision 2019”da Azərbaycanı təmsil edən Çingiz Mustafayev isə hadisə ilə bağlı bunları deyib: “Bu onların qeyri-peşəkarlığıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...