Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Pekində ali səviyyəli toplantısı keçiriləcək | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Pekində ali səviyyəli toplantısı keçiriləcək

Mədəniyyət A- A A+

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı iyunun 24-25-də Pekində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Çinin inkişafı, dünya üçün imkanlar" mövzusundakı tədbir Çin Xalq Xarici Əlaqələr İnstitutu və ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə təşkil olunacaq. Toplantıda dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinin inkişafının dünyaya və beynəlxalq əməkdaşlığa təsirinə, "Bir kəmər, bir yol" təşəbbüsünün yaratdığı imkanlara dair müzakirələr aparılacaq.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmail Serageldin, Serbiyanın, Bolqarıstanın, Monteneqronun, Xorvatiyanın, Albaniyanın, Latviyanın sabiq prezidentləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş Sədri, Belçikanın, Rumıniyanın, Xorvatiyanın, Pakistanın sabiq Baş nazirləri, digər nüfuzlu şəxslər, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri iştirak edəcək.

Toplantı iştirakçılarının Çinin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb. Mərkəz sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərməklə yanaşı, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunub saxlanılması, öyrənilməsi və təbliğ olunması sahəsində müxtəlif layihələr həyata keçirir.

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...