Azərbaycan UNESCO-nun ekspert komissiyasının işğal altındakı mədəniyyət abidələrinə nəzarət etməsini təklif edib | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Azərbaycan UNESCO-nun ekspert komissiyasının işğal altındakı mədəniyyət abidələrinə nəzarət etməsini təklif edib

Mədəniyyət A- A A+

"Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına yol verilir".

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında keçirilən mətbuat konfransında bildirib.

Mədəniyyət naziri deyib ki, bu, yolverilməzdir: "Mehriban Əliyeva da dünən sessiyada çıxışında dedi ki, bu, həssas məsələdir və bu məsələdə UNESCO-nun dəstəyinə nail olmaq istəyirik. Uzun müddətdir ki, faktaraşdırıcı missiyanın regiona gəlməsinə Ermənistan mane olur. Hazırda bizim o ərazilərdə mədəniyyət abidələrinə nəzarət etmək imkanımız yoxdur.  Bu, UNESCO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir. Azərbaycanın UNESCO ilə bu sahədə əməkdaşlığı davam edir". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...