Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb YENİLƏNİB

Mədəniyyət 14:39 07.07.2019

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Şəki şəhəri və Xan Sarayı Dünya İrs Siyahısına salınması ilə bağlı müzakirələr gərgin keçib. Abidələrin və tarixi yerlərin qorunması üzrə Beynəlxalq Şuranın  (İCOMOS) adından bildirilib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da, İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib: "2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın. Lakin üzv dövlət konservasiyanın nəticələri ilə bağlı bizim tərəfimizdən istənilən sənədləri təqdim etməyib. Biz düşünürük ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilməsin".

Küveyt nümayəndə heyəti adından bildirilib ki, üzv dövlət lazımı öhdəliyi yerinə yetirib və buna görə də Azərbaycan tərəfinin irəli sürdüyü nominasiya qəbul edilməlidir. Anqola tərəfi də qeyd edib ki, emosiyalara nəzarət edilməli və elmi-nəzəri nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Çinin nümayəndə heyəti isə Azərbaycanın son iki il ərzində böyük səylər göstərdiyini diqqətə çatdırıb:  "Azərbaycanda bu nominasiya ilə bağlı iki dəfə Prezident sərəncamı imzalanıb. Biz Küveytin mövqeyini dəstəkləyirik".

İndoneziya nümayəndə heyəti Azərbaycan tərəfinin təqdim etdiyi nominasiyasının qəbul edilməməsini düzgün hesab etməyib.

Tanzaniya nümayəndə heyəti isə diqqətə çatdırıb ki, üzv dövlətin 42-ci sessiyada üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib.

Tunis nümayəndə heyəti isə iki ildən çoxdur qərarın təxirə salınmasını yanlış sayıb, Ümumdünya İrs Komitəsini hüquqi çərçivədən çıxmamağa çağırıb. Tunis nümayəndə heyəti əks halda qərarın qəbulunda iştirak etməyəcəyini bəyan edib.

Qırğız nümayəndə heyəti də Küveytin əlavəsinə dəstəklədiyini bildirib. Nümayəndə heyəti adından bildirilib ki,  Ümumdünya İrs Komitəsi ardıcıllığı qorumalıdır: "Əgər bu nominasiya bir dəfə təxirə salınıb, biz artıq növbəti addımı atmalıyıq. Şəki, Tbilisi, Gəncə, Dərbəndlə yanaşı İpək yolu marşrutunda yerləşir, ona görə də qədim İpək yolunun bir hissəsidir". 
Avstraliya nümayəndə heyəti isə Azərbaycan üçün çox vacib məqamın müzakirə edildiyini vurğulayıb: "Dünya İrs Siyahısına daxil edilən sahələr hamı üçün aydın olmalıdır. Buna görə də, istərdik ki, üzv dövlətlə Komitə arasında dialoq davam etdirilsin". 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov nominasiyanın 6 il əvvəl yerli və beynəlxalq qurum tərəfindən tərtib edilərək İCOMOS-a təqdim edildiyini diqqətə çatdırıb: "Bundan sonra 42-ci sessiyada müzakirəyə çıxarılıb. Biz İCOMOS-un konservasiya ilə bağlı qərarı ilə qəti razılaşmırıq. Mən Azərbaycanın bu işə bağlılığını nəzərə çatdırmaq istəyirəm. Bu nominasiya ilə bağlı Azərbaycan tərəfindən ciddi addımlar atılıb. Bir çox həmkarlarımız hüuqi boşluqlara toxundular. Doğrudur, Azərbaycan belə bir tələbəyə düşdü. Lakin 42-ci sessiyada çıxarılan qərarla bağlı Azərbaycana məlumat verilməyib. Bundan başqa son beş ay ərzində İCOMOS bizə əlavə informasiya haqqında müraciət etməyib. Buna görə də mənim ölkəm hər hansı bir işlərə qənaət etməyəcək və gələcəkdə də çalışacaq ki, digər dövlətlər belə çətinliklə qarşılaşmasınlar".

Məhz gərgin müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. 

***

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyulun 7-də keçirilən növbəti iclasında Şəkinin Xan Sarayı ilə birgə şərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı fayla baxılıb.

Eurasia Diary-nin “Report”a istinadən məlumatına görə, ICOM-un hesabatı dinlənildikdən sonra müzakirələrə başlanıb.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı