Ağstafada səkkiz min illik abidə dağıdıldı - FOTO | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Ağstafada səkkiz min illik abidə dağıdıldı - FOTO

Mədəniyyət A- A A+
Ağstafada səkkiz min il tarixi olan, ümumi Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb.
 
2012-ci ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları rayon ərazisində tapılan qədim yaşayış məskənində qazıntı işləri aparıblar.
 
Tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir. Bu abidə haqqında elmi ədəbiyyatlarda məlumatlar da dərc edilib. Həmin faktlar əcnəbi arxeoloqların da diqqətini cəlb edib.
 
Lakin arxeoloqlar növbəti dəfə əraziyə gəldikdə xoşagəlməz halla qarşılaşıblar.
 
Təəssüf ki, indi həmin ərazidə tapılan şəhərcikdən iz qalmayıb, çünki o texnika vasitəsi ilə tamamilə dağıdılıb. 
 
Hazırda ərazini dağıdan şəxs və ya şəxslər barəsində institut tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
 
Buradan tapılan mindən çox maddi mədəniyyət nümunələri isə AMEA-da saxlanılır. Artıq ərazidə yenidən tədqiqat və ya qazıntı aparmaq mümkün deyil.(oxu.az)
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...