Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.
Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.
***
Xalq artisti, müğənni Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib.
Bu barədə APA-ya müğənninin oğlu Yusif Rzazadə məlumat verib.
O bildirib ki, atasının səhhətində problemlər yaranıb, müğənni əməliyyat olunacaq.
“Atamın xaricdə müalicə olunmasını istəyirəm. Çünki onun səhhəti heç də yaxşı deyil. Bu məsələdə dövlətin dəstəyi olsa, çox sevinərdik”, - Y. Rzazadə qeyd edib.