Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ

Mədəniyyət A- A A+

Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti bağlı məsələni nəzarətə götürüb. Bununla bağlı Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi tapşırıq verib.

Eurasia Diary xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirmişdi.

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...