Almaniyanın Odenvald bölgəsi, Erbaç qəsəbəsində Qarabağ atlarına törən düzənlənib.
Eurasia Diary xəbər verir ki, bu barədə sözügedən tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu məlumat verib.
"Bu törənə Avropanın dörd bir yanından gəlmiş Atçılıq kulublarının nümayəndələri də qatılıb. Qonaqlar qarşısında Qarabağ atları ilə yanaşı Avrasiya məkanında yetişdirilən atlar da nümayiş etdirilir", - deyə U.Rəhimoğlu bildirib.