Aktyor Aleksandr Petrov ümidvardır ki, Klima Şipenkonun “Mətn” filmi Rusiya tərəfindən Oskara namizədliyi irəli sürüləcək.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Mitya Qluxovskonun əsəri əsasında çəkilən filmin qəhrəmanı İlya Moskva Dövlət Universitetinin tələbəsidir. Gecə klubların birində filmin qəhrəmanının cibinə narkotik vasitə atıldıqdan sonra o, həbsxanaya düşür.
“Mətn” filmi cari ilin payızında işıq üzü görəcək və mən ümid edirəm ki, bu film Oskar mərasimində Rusiyanı təmsil edəcək. Filmin çəkilişləri zamanı çox zəhmətimiz keçib. Mən Qluxovskinin bu kitabını oxuduqdan sonra başa düşdüm ki, bu əsərin əsasında film çəkiləcək və mən orada iştirak edəcəyəm, belə də alındı”, - deyə A.Petrov bildirib.