Kino həvəskarlarının səbirsizliklə gözlədikləri 25-ci “Ceyms Bond” filmində “Agent 007”ni canlandıracaq aktrisanın adı açıqlanıb.
“Daily Mail”in yaydığı məlumata görə, həmin rolu qaradərili tanınmış aktrisa Laşana Linç ifa edəcək.
Filmin süjet xətti belədir: Ceyms Bondu canlandıracaq dünya şöhrətli aktyor Deniel Kreyq işlərini kənara qoyub, dincəlmək üçün Yamaykaya yol alacaq, “007 nömrə” isə yeni agent təyin edilərək, ön plana çıxacaq.
Yayılan şayiələrə görə, 2006-ci ildən Bondu canlandıran Denieldan sonra “Agent 007” roluna qaradərili məşhur aktyor İdris Albanın çəkiləcəyi deyilirdi.
Bununla yanaşı, baş rolda qadın qəhrəmanın iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılırdı. 25-ci “Ceyms Bond”un müəllifi Fibi bir güllə ilə iki dovşanı vuraraq, Kreyqin getməsini gözləməyərək, hər iki ideyanı birləşdirib. (oxu.az)