Anar Məmmədxanlı barəsində sənədli film çəkildi - “Kapitan” - VİDEO | Eurasia Diary - ednews.net

18 Avqust,


Anar Məmmədxanlı barəsində sənədli film çəkildi - “Kapitan” - VİDEO

Mədəniyyət A- A A+

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film çəkilib.

Eurasia Diary xəbər verir ki, film Məmmədxanlının doğum günü münasibətilə ərsəyə gətirilib.

“Kapitan” adlı sənədli film bu gün saat 21:35-də ilk dəfə İctimai Televiziyada efirə gedəcək. 

Qeyd edək ki, A.Məmmədxanlı 1970-ci ilin 20 iyul tarixində dünyaya gəlib. 

Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.(Oxu.Az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...