Ermənilərin oğurladığı Azərbaycan mahnıları SİYAHI

Mədəniyyət 11:33 24.07.2019

“Arşın mal alan”dan “Tut ağacı”nadək...

Eurasia Diary-nin məlumatına görə, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur “Vokaliz” mahnısı yenidən ermənilər tərəfindən oğurlanıb. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) “Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib.

Məsələ ilə bağlı xalq artisti bu cür reaksiya verib:

“Məncə, bizə o da azdır - hətta səhnədə olan bəzi ortabab səviyyəli ”müğənnicik"lər “Vokaliz” kimi caz-folk olan mürəkkəb əsərə ad qoyub, guya ələ salmaq istəyirdilər - “Takka tukka”.

Daha demirdilər ki, əvvəl icad etmək, sonra da ifa edə bilmək üçün anadan təzədən doğulmalıdırlar".

Brilliant Dadaşova ile ilgili görsel sonucu

Qeyd edək ki, xalq artisti bu mahnın ilk dəfə 2001-ci ildə ifa edib. Mahnının səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğənnisi Vartuni Vartanyan da bu mahnın ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.

Ümumiyyətlə, bu günə qədər sonsuz sayda bəstəkar və xalq mahnılarımızın ermənilər tərəfindən oğurlandığının şahidi olmuşuq. Onlardan bir neçəsini təqdim edirik.

Bu cür mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur “Tut ağacı” mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. İlk dəfə rus müğənnisi onu “Ana” mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənnisi tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə “Tut ağacı” adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.

Azərbaycanın məşhur xalq mahnısı “Tut ağacı boyunca” mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Lakin maraqlı faktdır ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənnisi Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş “Boka” ləqəbli məşhur erməni müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - “Bu qala, daşlı qala”nı Azərbaycan dilində ifa etmişdi.

Ä°lgili resim

Əlixan Səmədovun balabanda ifa etdiyi bir çox məşhur mahnıları, o cümlədən “Sən gəlməz oldun”u Civan Qasparyan balabanda təkrarlayaraq, öz adına çıxarıb. Onun oğurladığı Azərbaycan mahnıları sırasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” var.

Lalə Məmmədova ile ilgili görsel sonucu

Əməkdar artist Lalə Məmmədovanın məşhur “Məktəb illəri” mahnısı da erməni müğənnilər tərəfindən oğurlanıb.

Ötən il isə tarixən türk mahnısı kimi tanınan “Ninnə yarım” mahnısı ermənilər tərəfindən ifa edilərək, onlara məxsus mahnı kimi təqdim olunmuşdu. Xatırladaq ki, bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur “Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq, internet resuslarında öz adlarına çıxartmışdılar.

Təxminən 2003-cü ildə Rəqsanə İsmayılovanın ifa etdiyi “İnanımmı” mahnısı bir neçə il sonra erməni müğənnisi tərəfindən ifa edilib və müəllifi barədə məlumat verilməyib. Bu məqamda xatırladaq ki, adıçəkilən mahnını 2014-cü ildə Yeni il şənliyi ərəfəsində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov da ifa edib.

Beləliklə, ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olublar. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarlarının əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.

Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur “Yerevan” mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdi.

Bu barədə söz düşəndə isə Xaçaturyan deyirdi: “Müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır”.

Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu “Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.

Bir faktı da qeyd edək ki, Xaçaturyanın “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi” və digər rəqslərin əslində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.

Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı