Prezident İlham Əliyev Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi barədə Sərəncam imzalayıb.
Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.
Eurasia Diary xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Əlizadə Oqtay Mahmud oğlu və Rzayev Nazim İsrafil oğlu Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.