Amerikalı rejissor Kventin Tarantino “Bir dəfə Hollivudda” adlı yeni filminə həsr olunmuş mətbuat konfransında maraqlı açıqlamalar edib.
Eurasia Diary "Yeni Sabah"a istinadən bildirir ki, rejissor onuncu filminin son əsəri olacağını deyib.
“Mən filmlərimin bütün məntiqini tamamlayacaq superfilm çəkmək istəyirəm. Ola bilsin, bu, sonuncu film olacaq və əvvəlki filmlərimin zirvəsinə çevriləcək”.
Tarantino yeni filminin mövzusundan danışmayıb.