““Paşinyan “Köçəri” rəqsini oynayanda ondan soruşmaq lazım idi ki...” | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


““Paşinyan “Köçəri” rəqsini oynayanda ondan soruşmaq lazım idi ki...”

Mədəniyyət A- A A+
Bu gün müğənni Akif İslamazadənin doğum günüdür. A.İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 
 
A.İslamazadə Moderator.az-a açıqlamasında dünyaya gəldiyi günü sadə şəkildə qeyd edəcəyini bildirib:
 
“Təbrikiniz üçün çox sağ olun. Mən elə sadə adamam və doğum günümü də sadə şəkildə qeyd edirəm. Zəhmət çəkib təbrik etmisiniz çox sağ olun”.
 
A.İslamzadə Paşinyanın Qarabağda “Köçəri” rəqsini oynamasına münasibət bildirərək deyib ki, onlardan bu rəqslərin kimə məsus olduğunu soruşmaq lazımdır:
 
“Paşinyan “Köçəri” rəqsini oynayanda ondan soruşmaq lazım idi ki, sən ermənisən “Köçəri” rəqsi kimindi və sən buna niyə oynayırsan?! Onlar “Sarı gəlin”i də ifa edib özlərinin olduğunu deyirlər. Onlara ən yaxşı cavab, cavab verməməkdi. Əvvəla bunlar hələ ayırd eləsinlər ki, hayıklar kimdi, ermənilər kimdi?! Bizim tarixçilərimiz və alimlərimiz də ağızlarına “su alıb” oturublar. Bunu təsdiq etmək lazımdır ki, ermənilərlə hayıklar başqa-başqa millətlərdir” 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...