“O qədər telefon zəngləri var ki, hələ səhər yeməyi yeməmişəm...” - Xalq artisti doğum günündən danışdı... | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


“O qədər telefon zəngləri var ki, hələ səhər yeməyi yeməmişəm...” - Xalq artisti doğum günündən danışdı...

Mədəniyyət A- A A+
Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. A.Bəşirqızı 1955-ci ildə Bakıda böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 
 
Eurasia Diary xəbər verir ki, A.Bəşirqızı Moderator.az-a açıqlamasında səhər açılandan ancaq doğum günüylə bağlı təbrikləri və mətbuat nümayəndələrinin suallarını cavablandırdığını bildirib:
 
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü ancaq dostların və mətbuat nümayəndələrinin təbrik və suallarını cavablandırmaqla məşğulam. O qədər telefon zəngləri var ki, hələ səhər yeməyi yeməmişəm”. 
 
“Niyə son dövrlər dillərdə dastan olan filmlər çəkilmədi, tamaşalar oynanılmadı?” sualına isə A.Bəşirqızı bu cür cavab verib:
 
“Bu haqda vallah heç nə deyə bilmərəm. Bu sualı buna bilavasitə cavabdeh olan adamlara verin. Düşünürəm ki, onda sualınıza ətraflı cavab alacaqsınız”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...