7-11 sentyabr 2019-cu il tarixində Məkkeyi-mükərrəmədə Qurani-Kərimin hafizliyi, tilavəti və təfsiri üzrə 41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi təşkil olunacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri dok. Həməd bin Abdulla bin Xudeyr açıqlama verib.
Səfir bildirib ki, müsabiqə İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçiriləcək. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Dəvət və İrşad Nazirliyi tərəfindən təşkil ediləcək bu müsabiqənin məqsədi Qurani-Kərimin təbliği və Allah Kitabına marağın artırılmasıdır.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər 25 avqust 2019-cu il tarixinə kimi qeydiyyatdan keçərək, sənədlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.