Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, 2,5 lirəlik bürünc sikkə buraxılıb.
Eurasia Diary xəbər verir ki, sikkənin bir üzündə şairin rəsmi, digər tərəfində isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı əks olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il noyabrın 15-də "Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi" və "Yanvarın 11-də Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi" ilə bağlı sərəncamlarına müvafiq olaraq İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bürünc sikkə zərb edilib.
Səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikası Zərbxanası tərəfindən dahi #Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş xatirə pul nişanı buraxılıb. pic.twitter.com/CoyEJKmtIT
— AzEmbassyTurkey (@AzEmbassyTurkey) August 23, 2019