Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb - FOTOLAR

Mədəniyyət A- A A+

Azərbaycanın görkəmli yazıçısı və ictimai xadim Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb.

Eurasia Diary belediyye.infoya istinadən xəbər verir ki, S. S. Axundovun Bakı şəhəri Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsi 18-də (köhnə ünvan Qubanov küçəsi 10) divara vurulan xatirə lövhəsi yoxa çıxıb.

Ağ mərmər lövhədə kiril qrafikasıyla “Bu evdə 1933-1939-cu illərdə görkəmli Azərbaycan yazıçısı və maarifçisi Süleyman Sani Axundov yaşamışdır” cümləsi yazılmışdı.

Son günlərədək divarda olan xatirə lövhəsi bu gün artıq orda yoxdur. Binanın fasadı təmir edilərkən hiss olunur ki, məhz xatirə lövhəsi üzlənmiş örtüyün arxasında saxlanılıb.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...