Rasim Balayevin ayaqları tutuldu - Hospitala yerləşdirildi | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Rasim Balayevin ayaqları tutuldu - Hospitala yerləşdirildi

Mədəniyyət A- A A+

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Eurasia Diary xəbər verir ki, bu barədə sənətçinin özü publika.az-a məlumat verib.

"Rasim bəy, özünüzü necə hiss edirsiniz” sualını aktyor belə cavablandırıb:

"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində "Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...