Rusiyanın tanınmış rejissoru və “Lenkom” teatrının bədii rəhbəri Mark Zaxarov şənbə günü 85 yaşında vəfat edib.
Eurasia Diary bildirir ki, bu barədə TASS agentliyinə teatrın direktoru Mark Varşava bildirib.
“Zaxarov uzun müddət idi ki, ağciyər xəstəliyindən əziyyət çəkirdi”, - deyə M. Varşava bildirib.
Vida və dəfnin vaxtı barədə məlumat veriləcək.
Rejissorun ölümü ilə bağlı prezident Vladimir Putin başsağlığı verib.
Qeyd edək ki, Mark Zaxarov 13 oktyabr 1933-cü ildə Moskvada anadan olub. 1973-cü ildə Moskva Teatrının bədii rəhbəri təyin olunub.(virtualaz.org)