Şamaxının Meysəri kəndində ikinci “Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi heykəl instalyasiyasının açılış mərasimi keçirilib.
Eurasia Diary xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn heykəl instalyasiyasının Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə diqqət və qayğının təzahürüdür.
Heykəl instalyasiyanın müəllifi Rəşad Ələkbərov isə deyib ki, "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanı İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaradıb.