Qənirə Paşayevanın Özbəkistanda nəşr edilmiş kitabının təqdimatı olub

Mədəniyyət 10:03 02.10.2019

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayaraq qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib. Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb.  Diplomat tərcümə layihələrini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər iki ölkənin dilçi alimlərinin iştirakı ilə “Azərbaycanca-Özbəkcə, Özbəkcə - Azərbaycanca lüğəti”nin nəşr olunduğunu və son illər tərəflər arasında ədəbi əlaqələrdə böyük canlanma olduğunu vurğulayıb.  Qeyd edək ki, Özbəkistan Yazıçılar ittifaqında keçirilən təqdimat mərasimi çərçivəsində millət vəkili, şairə Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.

Yazıçılar ittifaqının böyük zalında baş tutan təqdimat mərasimini Özbəkistan Yazıçılar ittifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanı Azərbaycan Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim kimi təhlil edib, onun yaradıcılıq fəaliyyəti haqqında danışıb.

Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanı özbək dilində kitabının çıxması münasibəti ilə təbrik edib, onun yaradıcılığı haqqında söhbət açıb. Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur, şeirlər, məqalələr də yazaraq çoxlu kitabları nəşr ı çap olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığı, ikitərəfli mədəni-ədəbi əlaqələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, qarşılıqlı səfərlər haqqında danışaraq, qardaş ölkədə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap olunduğunu qeyd etmişdir. Diplomat millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin, layihələrin ikitərəfli əməkdaşlıq üçün faydalı olduğunu qeyd edib.

Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. O Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu və bu işdə tərcüməçi Camal Kamala öz təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan - Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bu əlaqələri, əməkdaşlığı daha da genişləndiməliyik deyib və bu istiqamətdə təkliflərlə çıxış edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən "Qarabağ hekayələri" kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.  Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Millət vəkili Q.Paşayeva bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib.

Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dlinə çevirdiyini diqqətə çatdırıb. Deyilib ki, poemaların dördü artıq çap edilib, biri də çap ərəfəsindədir. Bildirdi ki, "Qənirə xanım siz mənim 80 illik yubileyimi Bakıda qeyd edəndə dediniz ki, sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda  da edəcəyik inşallah. Mən o günü səbrsizliklə gözləyirəm. Qarabağ sizin qədər, bizim də ağrımızdır." Millət vəkili Q.Paşayeva "ustad Camal Kamala demək istəyirəm ki, inşallah sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimizi gözəl Dağlıq Qarabağımızda qeyd edə biləcəyimizə inanırıq. Bunun üçün qardaş dövlət və toplumlar olaraq birliyimizi daha da artırmaqlıyıq" deyib.

Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.

Daha sonra tədbirdə Özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz millət vəkili Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmş mahnılar ifa ediblər.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı