"Bu günü unutmayacağam" - Xalq artisti Tünzalə Ağayeva | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


"Bu günü unutmayacağam" - Xalq artisti Tünzalə Ağayeva

Mədəniyyət A- A A+
Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb.
 
Eurasia Diary xəbər verir ki, ifaçı ölkə başçısına təşəkkür edib: “Bu gün unutmayacağım hisslərlə doludur. Hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim , tamaşaçılarım.
 
Hörmətli cənab prezidentə, dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Röya və Miri Yusif, mənim gözəl sənət dostlarım, yeni adınız mübarək".
 
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxan fəxri ada layiq görülüblər.(musavat.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...