Onlar mükafatlandırıldı - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Onlar mükafatlandırıldı - FOTOLAR

Mədəniyyət A- A A+
Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  görkəmli dramaturq, teatr və kino xadimi C.Cabbarlının 120 illiyinə həsr olunan "Cəfər Cabbarlı Mükafatı"nın təqdimat mərasimi keçirilib.
 
Eurasia Diary axşam.az-a istinadən xəbər verir ki, 2001-ci ildən etibarən təsis olunaun mükafata bu il kino nominasiyası üzrə - Xalq artisti Rasim Balayev, ən yaxşı rejissor işi nominasiyası üzrə - Əməkdar incəsənət xadimi Bəhram Osmanov, teatr nominasiyası üzrə - Xalq artisti Bəsti Cəfərova, əməkdar artist Firdovsi Atakişiyev, Şuşa Dövlət Musiqili Dram Teatrın aktrisası Bahar Abdullayeva və başqaları layiq görülüb.
 
Tədbir bəddi hissəsində Xalq artistləri Azər Zeynalov, Tünzalə Ağayeva, Əməkdar artist Rəşad İlyasov və digər müğənnilərin ifasında Cəfər Cabbarlının sözlərinə bəstələnmiş mahnılar yer alıb.
 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...