Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Mədəniyyət A- A A+
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.
 
Eurasia Diary-nin məlumatına görə, əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib.
 
Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.
 
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sonuncu qurultayı 2012-ci ildə keçirilib. F. Əlizadə 2007-ci ildən İttifaqın sədridir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...