Sabirin “Hop-Hopnamə”sinin audio versiyasının təqdimatı olacaq | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Sabirin “Hop-Hopnamə”sinin audio versiyasının təqdimatı olacaq

Mədəniyyət A- A A+

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin ilk dəfə olaraq məşhur “Hop-Hopnamə” kitabının audio  versiyası işlənib hazırlanmışdır.

“Mirzə Ələkbər Sabir  “Hop-Hopnamə” audio kitabı”layihəsi Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilib.

Şeirlər tələbələr, müxtəlif sahələrdə çalışan gənclər,   həmçinin fiziki məhdudiyyəti olanlar tərəfindən səsləndirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir.

Təqdimat tədbiri 08 noyabr 2019-cu il tarixində  saat 16:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...