Ən qədim yazılı abidəmiz Bombeydədir? - Açıqlama | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Ən qədim yazılı abidəmiz Bombeydədir? - Açıqlama

Mədəniyyət A- A A+

Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin VIII əsrdə yaşamış şairə Zibeydə Xatuna aid olması ilə bağlı məlumatlardan xəbərimiz var. Məsələ vaxtilə araşdırlıb.

Eurasia Diary xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli deyib.

“Deyilənə görə, Zibeydə xanım Harun ər-Rəşidin (beşinci və ən məşhur Abbasi xəlifəsi) həyat yoldaşı olub. Amma onun əslən azərbaycanlı olması və Azərbaycan dilində yazıb-yaratması barədə yayılan informasiyalar öz təsdiqini tapmayıb. Nə qədər axtarsaq da, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü gördüyü deyilən “Ruzi Revşən” adlı kitabını əldə edə bilmədik”, - o bildirib.

Qeyd edək ki, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü görmüş “Ruzi Revşən” adlı kitabının Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin olması ilə bağlı iddialar gündəmə gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...