Beynəlxalq Bakı Tanqo Festivalı başlayır | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Beynəlxalq Bakı Tanqo Festivalı başlayır

Mədəniyyət A- A A+

Argentinanın Azərbaycandakı Səfirliyi“United Cultures”-in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi“Nizami Restaurant&Lounge ilə birgə IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

Eurasia Diary xəbər verir ki, Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimo (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edirlər.

Nəzərinizə çatdırırıq ki, festivalda Viktor Hüqo Vilena və Lautaro Tisseranı da görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biridir.

Möhtəşəm şounu izləmək, musiqi dinləmək və rəqs etmək üçün 3 günlük Tanqo festivalı şəhərimizin sakinlərinə təqdim olunur. İçərişəhər Metrostansiyası, Tango məktəblərinin dəstəyi ilə 8 Noyabr Cümə günü saat 17.00-da festival öncəsi tədbirə ev sahibliyi edəcək. Çıxışlar arasındakı intervallarda rəqs səhnəsi sərbəst tanqo üçün tamaşaçıların ixtiyarına veriləcək və hər kəs Argentinanın Tanqo ruhunu hiss edə biləcək.

Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...