Mark Eliyahunun konsertinə alınan biletlər geri qaytarıldı - SƏBƏB | Eurasia Diary - ednews.net

5 Dekabr, Cümə axşamı


Mark Eliyahunun konsertinə alınan biletlər geri qaytarıldı - SƏBƏB

Mədəniyyət A- A A+

Dünyaca məşhur kamança ifaçısı, bəstəkar Mark Eliyahunun Azərbaycandakı konsertləri ləğv olunub. Bu barədə yəhudi əsilli sənətçi instaqram səhifəsində məlumat yayıb.

O qeyd edib ki, Bakı, Gəncə və Tbilisidə səhnəyə çıxmayacaq. Buna səbəb onun səhhətində yaranan problemdir. Konsert isə qeyri-müəyyən bir vaxta təxirə salınıb.

Konsert təşkilatçılarından Eurasia Diary-ə verilən məlumata görə, Gəncə və Bakı konserti üçün alınan biletlər geri qaytarılır:

“Təəssüflər olsun ki, konsert təxirə düşüb. Yeni bir tarixin müəyyənləşməsi üçün M. Eliyahunun prodüserindən məlumat gözləyirik. Tamaşaçılar “İticket.az”a və Gəncə Filarmoniyasının kassalarına müraciət edərək biletləri qaytara bilərlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...