Özbək musiqisinin ulduzları Uluqbek Raxmatullayev və Yıldız Turdiyeva Bakıda 22 noyabrda saat 17:00-da Heydər Əliyev Sarayında “Özbəkistandan sevgilərlə” adlı gözəl konsert proqramı ilə Bakımızın qonağı olacaqlar.
Eurasia Diary xəbər verir ki, bu bir dostluq layihəsi, könül körpüsü və ilk layihədir. Konsert Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistanın “First Art Media” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Bütün musiqisevərləri konsertə dəvət edirik.
Şöhrət Salamov