Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.
Eurasia Diary-nin məlumatına görə, vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Y. Abramovun ailəsinə başsağlığı məktubu oxunub.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramovun vəfatı xəbərini kədər hissi ilə qarşılayıb: “Yevda Abramov uzun illərdən bəri yüksək peşəkarlığı, davamlı və səmərəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni təltif edilməsi onun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən xəbər verir. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”