ƏƏSMN və ƏSA Teatrının yeni birgə layihəsi “AND” tamaşasının premyerası oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ƏSA Teatrının yeni birgə layihəsi - “AND” tamaşasının premyerası oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasında iştirak edib.

Mədəniyyət 11:23 24.12.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.

Eurasia Diary xəbər verir ki, Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Qənirə Paşayeva, ayrı-ayrı hökumət qurumlarının, ictimai birliklərin nümayəndələri, incəsənət xadimləri və b. iştirak ediblər. 

Premyeradan əvvəl Leyla Əliyeva Teatrın foyesində təqdim olunan yeni kitabla - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabı ilə tanış olub. O, kitabda şerləri dərc olunan görmə imkanları məhdud şəxslərlə görüşüb. Leyla Əliyevaya görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan “Danışan kitab” və “Danışan rəng” layihələri nümayiş olunub, ona görmə imkanları məhdud şəxslərin ifasında mahnılardan ibarət disk təqdim edilib. Eyni zamanda, Leyla Əliyevanın görmə imkanları məhdud insanlara həsr etdiyi şeir əsasında və nazirliyin dəstəyi ilə bəstəkar Nuranə Cabbarlının bəstələdiyi “Qəlbimin gözü ilə” mahnısı görmə imkanları məhdud  istedadlı xanəndə Nərmin Əliyevanın ifasında təqdim olunub.  Leyla Əliyeva görmə imkanları məhdud şəxslərə yeni yaradıcılıq uğurları arzulayıb, onlarla xatirə şəkli çəkdirib.

“Zülməti dələn işıq” kitabında  görmə imkanları məhdud 18 şairin 100-ə yaxın şeiri dərc olunub. Kitabın hazırlanması və nəşri görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi daşıyır.

Kitabın təqdimatı tədbirində Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə həyata keçirilən siyasətin icrasında, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onların reabilitasiya imkanlarının genişləndirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüsləri mühüm rola malikdir. Əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılmasına dəyərli  töhfələr verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyadan olan insanlara, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı ilə yanaşır. Leyla Əliyeva tez-tez sosial müəssisələrdə olur, bu müəssisələrin sakinləri, əlilliyi olan insanlarla görüşür və həmin insanlara diqqət və qayğının artırılması, eləcə də onların yaradıcılıq potensiallarının ictimaiyyətə tanıdılması işlərinə daim dəstək göstərir.

Nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində hələ ötən ilin dekabrında “Göy quş” tamaşasının, “Nəsimi ili”nə bir töhfə olaraq bu ilin oktyabr ayında isə “Nəsimi” antreprizasının uğurlu təqdimatları olub. Eyni zamanda, nazirliyin layihəsi kimi, ötən ilin dekabrında sosial müəssisələrin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr kimi, Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu təqdim edilib. Görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət  “Zülməti dələn işıq” kitabının nəşri də bu istiqamətdə növbəti layihədir. Nazirlik növbəti layihə kimi görmə imkanları məhdud şəxslərin hekayələrindən ibarət kitabın da nəşrinə dəstək verəcək.

Qənirə Paşayeva görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına, gələcək uğurlarına töhfə vermək, yaradıcı potensiallarını dəstəkləmək və cəmiyyətə təqdim etmək məqsədi daşıyan layihələrin əhəmiyyətini qeyd edib.

 “And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan “And” tamaşasında iştirak edən 14 aktyordan (Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Cəmilə Məmmədli, Elsevər Rəhimov, Aysel Feyziyeva, İmran Lalayev və b.) 9 nəfəri əlilliyi olan şəxslərdir. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik-komediyası əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Hamısı